Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Sumqayıt24 bu barədə 28 oktyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Görüş 7-8-12 birləşmiş məhəllədə yerləşən 18 nömrəli məktəbdə təşkil olunub. Burada İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Sakinlər sosial müdafiə, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Problemlərin bir hissəsi yerindəcə həll edilib, araşdırılmasına ehtiyac duyulan bir sıra məsələlərin həlli üçün isə tapşırıqlar verilib.
Şəhər rəhbəri daha sonra məktəbin müəllim və şagirdləri ilə görüşüb.