Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə vətəndaş qəbulu keçirib. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixində Sumqayit-ih.gov.az-a istinadən xəbər verir.
Görüş Corat qəsəbəsində baş tutub. Sakinləri fərdi qaydada dinləyən Zakir Fərəcov qaldırılan məsələlərin həlli üçün ilə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib, bəzi müraciətlər isə yerindəcə həll olunub.