Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 35 nömrəli məktəbdə yaradılan şərait ilə tanış olub. Bu haqda bu gün, 11 iyun tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Məktəbin direktoru Nüşabə Həsənova məlumat verib ki, 2020-2021-ci tədris ilində məktəbin ali məktəbə qəbul göstəricisi 89 faiz təşkil edib, 9-cu siniflərin buraxılış nəticəsinə görə isə şəhər məktəbləri arasında ilk onluqda yer tutub. Təhsil müəssisəsi 5-ci Qrant layihəsinin qalibi olub. 11-ci sinif şagirdləri Sabahın alimləri müsabiqəsində ikinci yeri qazanıblar.