Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 2-ci mikrorayonda növbəti səyyar vətəndaş qəbulunu keçirib. Sumqayıt24 bu haqda bu gün, 30 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
Görüşdə icra başçısı Zakir Fərəcov, İH-nın məsul işçiləri, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Onlar tərəfindən sakinlərin təklifləri dinlənilib, problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara yerindəcə tapşırıq verilib.