Sumqayıt şəhər icra hakimiyyətinin başçısı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri Təfəkkür liseyinin şəraiti ilə tanış olublar. Bu haqda bu gün, 25 iyun tarixində İH-nin saytına istinadən xəbər veririk.
3-cü mikrorayon ərazisində yerləşən liseydə Zakir Fərəcov və İlhamə Abdullayeva təhsil sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında müzakirələr aparıblar. Bundan əlavə, icra başçısı şəhərimizdə həyata keçirilən layihələr haqda məlumat verib.
Sonda Zakir Fərəcov və İlhamə Abdullayeva pedaqoji heyət ilə xatirə şəkli çəkdiriblər.