Sumqayıt şəhərində növbəti səyyar qəbul-görüş keçirilib. Sumqayıt24 bu barədə 27 yanvar tarixində şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir.
Şəhərin 9-cu mikrorayon ərazisində keçirilən görüşdə icra başçısı Zakir Fərəcov və qurumun məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Zakir Fərəcov sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub.