Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov qəbul keçirib. Sumqayıt24 bu barədə 5 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Vətəndaşlarla görüş 9-cu mikrorayonda yerləşən 23 nömrəli məktəbdə təşkil olunub. Burada şəhər rəhbərinin müavinləri, aparatın məsul işçiləri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qaldırılan məsələlərin böyük bir qismi həll edilib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün isə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
İcra başçısı, həmçinin məktəbin müəllim və şagirdləri ilə də görüşüb.