Sumqayıt şəhərində səyyar qəbul təşkil olunub. Bu barədə 14 yanvar tarixində Sumqayıt24 xəbər verir.
İnşaatçılar yaşayış massivində keçilrilən görüşdə icra başçısı Zakir Fərəcov, İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Zakir Fərəcov vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemlərini dinləyıb. Qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.