İcra başçısı Zakir Fərəcov 2-ci mikrorayonda görüş keçirib. Sumqayıt24 bu haqda 4 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
Vətəndaş qəbulu Vətən müharibəsi qəhrəmanı Anar Şükürov adına 25 nömrəli məktəbdə baş tutub. Burada İcra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
Sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərin bir qismi yerindəcə həll edilib. Qalan problemlərin həlli üçün tapşırıqlar verilib.