Sumqayıtın icra başçısı Zakir Fərəcov vətəndaşları səyyar qəbul edib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Görüş 3-cü mikrorayonda yerləşən 13 nömrəli məktəbdə baş tutub. Burada İH-nin məsul şəxsləri, idarə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər. Qəbul zamanı sakinlərin müraciət və təklifləri dinlənilib. Bir çox məsələlər yerindəcə həll edilib.