Sumqayıtın icra başçısı 22-ci məhəllədə qəbul keçirib. Sumqayıt24 bu haqda 10 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
8 nömrəli məktəbdə təşkil olunan görüşdə Zakir Fərəcov, icra hakimiyyətinin məsul şəxsləri, idarə, təşkilat, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və digər sakinlər iştirak ediblər.
Vətəndaşlar tərəfindən sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə bağlı müraciət səsləndirilib. Problemlərin həlli üçün tapşırıqlar verilib.