Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı qəbul keçirib. Bu barədə 7 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Səyyar görüş 9-cu mikrorayon ərazisində təşkil olunub. Burada icra başçısı Zakir Fərəcov, qurumun məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Qaldırılan məsələlərin böyük qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digərlər məsələlərin həlli üçün isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıq verilib.