Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşları qəbul edib. Bu haqda DünyaTV-yə istinadən bu gün, 4 mart tarixində xəbər veririk.
Görüş 1 nömrəli məktəbdə baş tutub. Burada icra başçısının müavinləri, aparatın məsul işçiləri, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Zakir Fərəcov qeyd edib ki, bir neçə il öncə şəhər sakinlərini narahat edən problemlərin əksəriyyəti öz həllini tapıb, mövcud problemlərin həlli üçün isə müvafiq addımlar atılır.
Daha sonra sakinlər problemlərini diqqətə çatdırıblar. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, qalan problemlərin həlli üçün isə aidiyyəti qurumlara tapşırıqlar verilib.