Sumqayıt şəhər icra hakimiyyətinin başçısı 17-ci mikrorayon ərazisində qəbul keçirib. Sumqayıt24 bu barədə Sumqayit-ih.gov.az-a istinadən xəbər verir.
İcra başçısı Zakir Fərəcov görüş zamanı vətəndaşların təklif, müraciət və şikayətlərini dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digərlərinin operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Şəhər rəhbəri həmçinin sözügedən mikrorayonda yerləşən 4 nömrəli məktəbdə olub. Təhsil ocağında yaradılmış şəraitlə tanış olub.