Sumqayıtın icra başçısı İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidi qəbul edib. Sumqayıt24 bu haqda 16 iyul tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcov şəhərimizin tarixi və sosial-iqtisadi potensialı haqda məlumat verib. Qeyd edilib ki, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olan Sumqayıtda müvafiq müəssisələrin inkişafı istiqamətində mühüm addımlar atılır.
Səfir Hildi Hamid səfərdən məmnun olduğunu bildirib. İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün Sumqayıtın İndoneziyanın Surabaya şəhəri ilə dostluq əlaqələri qurmasının vacibliyi qeyd olunub.
Sonda tərəflər bir-birinə hədiyyələr təqdim ediblər.