Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti dəfə vətəndaş qəbulu keçirib. Bu haqda bu gün, 19 may tarixində SumqayıtXeber-ə istinadən məlumat veririk.
Bu dəfə səyyar qəbul-görüş 21-ci məhəllə ərazisində təşkil edilib. İcra başçısı 30-a yaxın vətəndaşların təklif, müraciət və şikayətlərini dinləyib. Onları gileyləndirən problemlərin bir qismi yerindəcə həll edilib, digərlərinin isə araşdırılaraq çözülməsi üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.