Sumqayıtda uzun illər məsul vəzifələrdə çalışan şəxs vəfat edib. Sumqayıt24 bu haqda 31 yanvar tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Söhbət Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin atası Nəbi Nəbiyevdən gedir. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Yaxın saatlarda dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, N. Nəbiyev Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sumqayıt Qaz İstismar İdarəsinin rəisi olub.