Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov növbəti səyyar qəbul-görüşləri keçiriblər. Sumqayıt24 bu haqda bu gün, 12 mart tarixində xəbər verir.
Məlumata əsasən, qəbullarda sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib. Sumqayıt sakinləri ilə görüş şəhərin 9-cu mikrorayon ərazisində, Qubadlı sakinləri ilə isə Ceyranbatan qəsəbəsi, Aşağı Mollu kənd tam orta məktəbində keçirilib.
Qəbul zamanı qaldırılan problemlərin bir hissəsi yerində həll olunub, digərləri isə baxılması üçün nəzarətə götürülüb.