Sumqayıt şəhər icra hakimiyyəti nümayəndələri üç nazirliyin iştirakı ilə yanğınlara qarşı mübarizə mövzusunda regional müşavirəyə qatılıblar. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində baş tutan müşavirəyə FHN, ETSN və KTN-nin Regional bölmələri, Sumqayıtdan əlavə Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Abşeron rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri, ərazi icra nümayəndələri, bələdiyyələr və fermerlər qatılıblar.