"Sumqayıt Bulvar" MMC tender elan edir. Sumqayıt24 bu haqda 15 iyun tarixində Fed.az-a istinadən xəbər verir.
İcra Hakimiyyəti başçısının tabeliyində olan şirkətin elan etdiyi tenderlə 10 ədəd özüyeriyən benzin mühərrikli qazonbiçən maşın alınacaq. Təklifləri 1 iyul saat 12:00-a qədər təqdim etmək mümkündür. İştirak haqqı 100 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi Şahin Mehbaliyevlə əlaqə nömrəsi: (051) 810-48-91.