“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının söndürülməsində peşəkarlıq göstərmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları təltif olunub. Sumqayıt24 bu haqda qurumun sosial şəbəkə hesabına istinadən xəbər verir.
İcra başçısı Zakir Fərəcov H.Z. Tağıyev qəsəbəsində qeydə alınmış yanğının qarşısının alınmasında və ətraf ərazidə yaşayan əhalinin təxliyə olunmasında göstərdiyi xidmətlərinə görə İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların bir qrup əməkdaşına Fəxri fərman təqdim edib.