Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu haqda bu gün, 11 iyun tarixində İH-nin saytına istinadən xəbər veririk.
18-ci mikrorayon ərazisində keçirilən görüş zamanı Zakir Fərəcovla yanaşı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Şəhər sakinlərinin təklifləri, müraciətləri və şikayətləri dinlənilib.
Məsələlərin bir qismi yerindəcə həll edilib, araşdırılmasına ehtiyac olan məsələlərin həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.