Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları Tbilisi şəhərində keçirilən seminarda iştirak ediblər. Sumqayıt24 bu haqda bu gün, 7 may tarixində quruma istinadən xəbər verir.
Məlumata əsasən, İH-nin əməkdaşları “İctimai nəqliyyatın təkmilləşdirilmiş və dayanıqlı idarə edilməsi üçün ağıllı nəqliyyat sistemləri” mövzusunda olan seminara qatılıblar. Qurumun nümayəndəsi Gündüz Əliyev bildirib ki, görüşdə beynəlxalq ekspertlərlə Sumqayıt şəhərində ictimai nəqliyyatın ağıllı idarə olunmasının təşkilinə dair faydalı fikir mübadiləsi aparılıb