top
İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi
04 noyabr 2025, 14:20
- ↺ +

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən rayon icra hakimiyyətində əməliyyat keçirlib. Əməliyyatlar zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Başçının müavinləri saxlanılıblar. 

Son əməliyyatlar İcra hakimiyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə ki, İcra hakimiyyətlərinin ləğv edilməsi ilə bağlı müəyyən təkliflər səsləndirilir. 

Bu daha çox İcra hakimiyyətlərinin artıq özünü doğrultmaması, yeni yaradılan Prezidentin xüsusi nümayəndəliyi institutunun daha səmərəli fəaliyyəti ilə əsaslandırılır.

Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, İcra hakimiyyətləri müxtəlif islahatlara məruz qalmalıdır:

"Düşünürəm ki, yerli İcra hakimiyyəti orqanları qurum kimi islahatlara məruz qalmalıdır. Lakin İcra hakimiyyəti orqanlarının ləğvi ilə bağlı məsələnin aktual olacağını düşünmürəm. Yerli İcra hakimiyyətləri ərazi vahidlərində icranı həyata keçirən orqanlardır. İcra başçıları Prezident tərəfindən təyin olunur və ona hesabat verirlər. Onunla razıyam ki, Prezidentin Xüsusi Nümayəndəliyi institutu səmərəliliyini tam doğrulda bilib. Amma unutmayaq ki, xüsusi nümayəndəliklərin əhatə etdiyi ərazilərdə bu gün İcra hakimiyyəti orqanları da mövcuddur, ləğv olunmayıblar. İslahat dedikdə, biz müxtəlif modelləri nəzərdən keçirə bilərik. Məsələn, bu gün Naxçıvan Muxtar Respublikasında Prezidentin Xüsusi Nümayəndəliyi var. Bununla yanaşı, orada yerli İcra hakimiyyəti orqanları da fəaliyyət göstərir. Bu, hər iki qurumun birlikdə çalışa biləcəyini göstərir. Yerli İcra hakimiyyəti orqanları ləğv olunsa, həmin ərazi vahidlərində insanlarımız hara müraciət edəcəklər, rayonun müxtəlif qurumları ilə kim işləyəcək? Nəzərə alaq ki, mərkəzi hakimiyyət orqanları regionallaşma prosesinə start veriblər. Rayonların özlərində İcra hakimiyyətləri var ki, onlar fəaliyyətləri əlaqələndirir. İndi İcra hakimiyyətləri orqanları ləğv olunsa, kim bu məsələni əlaqələndirəcək? Xüsusi Nümayəndəliyə bir yox, bir neçə rayonun daxil olacağı nəzərə alınmalıdır. Burada müəyyən boşluqlar, uyğunsuzluqlar var. Düşünürəm ki, yerli İcra hakimiyyətlərinin ləğvindən danışmamalıyıq. Yerli İcra hakimiyyətlərinin fəaliyyətinin yenilənməsi, onun statusuna yenidən baxılması, səlahiyyətləri haqda islahatların həyata keçirilməsinə zərurət var. Onların daha səmərəli şəkildə fəaliyyət göstərməsi üçün, təbii ki, qanunvericilikdə dəyişiklik zəruridir və bu zamanın tələbidir".

Deputat vurğulayıb ki, hər hansı fundamental dəyişiklik, islahat olarsa, konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər:

"Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyətinin təşkili, statusu, səlahiyyətləri ilə bağlı məsələlər Milli Məclisin müzakirə etdiyi məsələlərə aid deyil. Bu, müstəsna olaraq, cənab Prezidentin səlahiyyətlərinə aiddir. Bu gün də yerli İcra hakimiyyəti orqanları 2012-ci ildə cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyəti orqanları haqqında" Əsasnamə əsasında fəaliyyət göstərir. Hər hansı dəyişikliklər olarsa, bu, cənab Prezidentin fərmanı ilə tənzimlənə bilər. Ona görə də, əvvəlcədən nəsə deməyimiz mümkün deyil. Əgər belə bir zərurət yaranarsa, təbii ki, bax bu üsulda dəyişikliklər ediləcək. Onu da unutmayaq ki, yerli İcra hakimiyyəti orqanları haqda müddəalar milli Konstitusiyamızda da yer alıb. Yəqin ki, bu istiqamətdə hər hansı fundamental dəyişiklik, islahat olarsa, Konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Bu gün, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Bu gün, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Bu gün, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Oxşar xəbərlər