Sumqayıt İcra şöbəsinin icra məmuru tərəfindən döyülən qadınla bağlı açıqlama verilib. Sumqayıt24 bu haqda Oxu.az-a istinadən xəbər verir.
Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, Pərviz Quliyevin, təhqir edərək döydüyü Ülkər Hüseynbəyli kollegiyanın üzvü deyil.
Bu məlumatı qurumun rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən yoxlamaq mümkündür.