Avtobusda telefonunda pornoya baxan şəxs həmin görüntüləri yanındakı qadına göstərib. Sumqayıt24 bu haqda 30 iyun tarixində Baku.ws-ə istinadən xəbər verir.
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan videonun Sumqayıtda çəkildiyi bildirilir. Belə ki, 6 saylı avtobusda kişi sərnişinlərdən biri, ətrafda olan digər sərnişinləri görməzdən gələrək pornoqrafik xarakterli video izləyib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən açıqlama verilib. Qeyd olunub ki, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində araşdırmalar başlanılıb. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.