Sumqayıtda fəaliyyət göstərən avtobuslarda soyutma sistemlərinin qoşulacağı vaxt açıqlanıb. Sumqayıt24 bu haqda 7 iyun tarixində Xeberle.com-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, havanın gündən-günə isinməsinə baxmayaraq, ictimai nəqliyyatda kondisionerlər hələ də çalışmır. Sakinləri narahat edən məsələ ilə bağlı Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəis müavini Tofiq Saydumov açıqlama verib. Onun sözlərinə görə, hazırda nasazlığı olan avtobuslarda soyutma qurğuları təmir olunur. 15 iyundan etibarən nəqliyyat vasitələrində soyutma sistemlərinin qoşulması nəzərdə tutulub.