Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları üçün kargüzarlıq işinin tələb olunan səviyyədə aparılması məqsədilə təlim keçirilib. Sumqayıt24 bu haqda 23 sentyabr tarixində xəbər verir.
Təlim Gənclər və İdman Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri şöbəsi tərəfindən təşkil olunub. Burada şöbənin müdiri Mehriban QuIiyeva, sektor müdirləri Elşən Babayev və Əli Məmmədov, baş məsləhətçi Rəna Əliyeva, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən Rüfət Mahmudzadə və əməkdaşları iştirak ediblər.
İştirakçılara zəruri məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.