Saray qəsəbəsində maşın bordürə çarpılıb. Bu barədə 22 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Qəza Heydər Əliyev küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə əsasən, “BMW” markalı minik avtomobilinin sürücüsü ötmə əməliyyatını həyata keçirmək istəyib. Lakin yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.
Hadisə zamanı xəsarət alan olmayıb.