Sumqayıtda “İdeyadan biznesə” mövzusunda onlayn təlim keçirilib. Bu barədə 24 avqust tarixində Sumqayıt24 xəbər verir.
KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunan görüşdə 14 nəfər sahibkar iştirak edib. Ekspert onlara biznes ideyaların formalaşması mərhələləri, biznes fəaliyyətinin üstünlükləri və satış bacarıqlarının təkmilləşdirilməsi üsulları barədə məlumat verib. Həmçinin ünsiyyət və liderlik bacarıqlarının biznesdə rolu, maliyyə və biznes təfəkkürünü inkişaf etdirmə üsulları sahibkarların diqqətinə çatdırılıb.