Sumqayıt idmançıları Triatlon-Ironman üçnövçülüyü üzrə Beynəlxalq turnirdə uğurlu nəticə qazanıblar. Bu haqda 7 iyul tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Birincilik Bakı şəhərində baş tutub. İdmançılar bir-biri ilə üzgüçülük, velosiped sürmə və qaçışda mübarizə aparıblar. Nəticələrə görə, təmsilçilərimiz Röyal Mustafayev (qaçış) və Yusif Nəcəfov (velosiped) gümüş medalların sahibləri olublar.
Qeyd edək ki, idmançılarımız ümumkomanda hesabında 5-ci yerdə qərarlaşıblar.