Sumqayıtda azyaşlılar bağlı qapı arxasında qalıblar. Bu haqda bu gün, 8 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata əsasən, 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan xilasedicilər giriş qapısını açaraq nəzarətsiz qalan uşaqları xilas ediblər.