Sumqaytda gənc oğlan bıçaqlanıb. Sumqayıt24 bu haqda 24 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Sumqayıt şəhər sakinləri – 22 yaşlı Elşən Məmmədov və qohumu, 19 yaşlı Kamran Qasımlı münaqişə ediblər. Nəticədə Elşən ikinciyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.