Novxanıda qəza nəticəsində yanğın olub. Sumqayıt24 bu haqda 2 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə “Mercedes” və “Kia” markalı iki minik avtomobilinin toqquşmasından başlayıb. Sonra hər iki minik avtomobilinin yanar hissələri alışaraq yanıb. Əraziyə gələn FHN əməkdaşları alovu söndürüblər.
Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər mühafizə olunub.