Sumqayıtlı müəllimlər Təşəkkürnamə ilə mükafatlandırılıblar. Bu haqda bu gün, 23 iyun tarixində Sumqayıt24 sosial şəbəkələrə istinadən xəbər veririk.
Yeganə Məhərrəmova və Samirə Kazımova "Ehtiyat dərslik" layihəsi çərçivəsində göstərdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təltif ediliblər. Müəllimlər 19 nömrəli məktəbin pilot siniflərində yeni dərsliklərin tətbiqi ilə məşğul olurlar.
Təşəkkürnamələr Təhsil İnstitutu tərəfindən təqdim edilib.