Sumqayıtlı kadra yüksək vəzifə verildi.
Sumqayit24.az xəbər verir ki, Elvin Məmmədzadə Mingəçevir Dövlət Universitetinin Sosial Məsələlər üzrə Rektor müşaviri vəzifəsinə təyin olunub.
O, daha əvvəl Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri vəzifəsində fəaliyyət göstərib və gənclər arasında nüfuz qazanan bir ictimai xadim kimi tanınır.
Qeyd edək ki, sözügedən universitetin rektoru Anar Eminov da sumqayıtlıdır. O, 9 aprel 2025-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə gətirilib.