Sumqayıtda İkinci Qarabağ müharibəsinin qazisi Cahangir Əliyev ziyarət edilib. Bu haqda Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin əməkdaşları qaziyə baş çəkiblər. Kollektiv qazi ilə onun keçdiyi döyüş yolundan söhbət aparıb. Onlar Cahangirə maddi və mənəvi yardım göstəriblər.
Cahangir Murovdağda gedən döyüşlərdə iştirak edərək ağır yaralanıb. O, 3 nömrəli uşaq incəsənət məktəbinin məzunudur.
Hal-hazırda qazimiz “Yaşat” fondunun dəstəyi ilə Türkiyədə müalicəsini davam etdirir.