Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilən imtahanların nəticələri elan edib.
Sumqayit24.az xəbər verir ki, imtahanda ən yüksək nəticəni 294,1 bal toplayan Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin cari il məzunu Gülçin Səfərli göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.