S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin əməkdaşları qazi Anar Əsədovu ziyarət ediblər. Bu haqda bu gün, 5 fevral tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Fevralın 4-də baş tutan görüş zamanı əməkdaşlar qazi ilə həmsöhbət olublar. Onun keçdiyi döyüş yolundan danışıblar. Ağdam rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə sol ayağını itirən Anara maddi və mənəvi dəstək göstərilib.
Anar Əsədov “Cəsur döyüşçü” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Foto Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsindən