Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi mükafatlandırılıb. Bu haqda 1 mart tarixində Sumqayıt24 xəbər verir.
Təhsil oçağının xanəndəlik sinfinin 4-cü sinif şagirdi Nuray Şahsuvarlı “İdeyanı Reallaşdır” adlı qrand müsabiqəsi çərçivəsində qalib olan “Qarabağ musiqisini erməni təcavüzündən qoruyaq” layihəsində 1-ci yeri tutub. Məktəbli Fəxri Fərmanla təltif olunub. Şagirdi müsabiqəyə müəllimi Əsgər İsmayılov hazırlayıb.
Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.