SDU-da “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə görüş keçirilib. Sumqayıt24 bu barədə 26 oktyabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər verir.
Zoom platforması üzərindən keçirilən müşavirədə adıçəkilən işçi qrupunun üzvləri türkiyəli mütəxəssislərlə müzakirə aparıblar. Görüşdə yeni yaradılacaq İYM-in memarlıq baxımından məqsədəuyğun xarici görünüşü, daxili sahələrinin inşaat planları və onun tikintisi ilə bağlı müvafiq məsələlər danışılıb. Tədbir zamanı SDU-da İYM-in addım-addım tikinti işlərinin qurulması və bu mərkəzin texniki baxımdan səmərəli fəaliyyət göstərməsi ilə bağlı məsələlər müzakirə edilib, geniş prezentasiyaların təqdimatı keçirilib.