SDU-nun nəzdində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması başlanılıb. Bu haqda bu gün, 7 iyul tarixində universitetə istinadən xəbər veririk.
Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə işçi qrupu, mentor qrupu və ekspert qrupu yaradılıb.
İşçi qrupunun üzvləri - Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev və Elmi hissənin müdiri Samir Orucov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”ni ziyarət edib, universitetlərdə müasir innovativ texnoparkın yaradılması və səmərəli fəaliyyətinin təşkil edilməsi istiqamətində dəyərli təcrübə toplayıblar.