Sumqayıtda investisiya dəyəri 17 milyon manat olan müəssisə tikiləcək. Sumqayıt24 bu haqda 5 iyul tarixində Scip.az-a istinadən xəbər verir.
Zavodun inşası Kimya Sənaye Parkının 3 hektar ərazisində həyata keçiriləcək. Burada müxtəlif tikinti kimyəviləri istehsal olunacaq. Müəssisədə həmçinin 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Burada istehsal ediləcək məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.