Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt ərazi idarəsində daşınmaz əmlak üzrə bağlanılan ipoteka müqavilələrinin sayı açıqlanıb. Sumqayıt24 bu haqda 26 iyul tarixində Oxu.az-a istinadən xəbər verir.
Belə ki, 2022-ci ilin ilk yarımilliyinin statistikasına əsasən, sözügedən idarə üzrə 2392 müqavilə bağlanıb. Onlardan 1574-ü mənzillərin, 275-i fərdi yaşayış evlərinin, 360-ı isə torpaq sahələrinin girov qoyulması müqabilində həyata keçirilib.