Azərbaycanda 51.347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu barədə Report.az-a istinadən xəbər veririk.
Statistika 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edir. Bağlanılan müqavilələrdən 3.439-u Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt ərazi idarəsinin payına düşür.
Bununla da idarə Bakı və Abşerondan sonra üçüncü yerdədir.