Ölkədə daşınmaz əmlak üzrə ipoteka müqavilələrinin sayına görə Sumqayıt ön sıralarda qərarlaşıb. Bu haqda 27 fevral tarixində Sumqayıt24 Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Paytaxtdan sonra ipotekanın dövlət qeydiyyatı ən çox “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi idarəsində (4.714 müqavilə) aparılıb.
Qeyd edək ki, ötən il Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk üçlükdə yer alıb.