Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin Qarabağ mövzusunda kitabların təqdimatı keçiriləcək. Bu haqda bu gün, 15 aprel tarixində Sumqayıt MKS-ə istinadən xəbər veririk.
S. Vurğun adına Mərkəzi kitabxanada təşkil olunacaq təqdimatda yazıçının “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti” və “Laçın həsrətim” adlı kitablar nümayiş etdiriləcək. İradə Əlilinin yaradıçılığı ilə tanış olmaq istəyən hər kəs 20 aprel saat 11:00-da kitabxanaya yaxınlaşa bilər.