İraq Respublikasının nümayəndələri Sumqayıtda olublar. Sumqayıt24 bu haqda 23 iyul tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Ölkəmizdəki səfir müşaviri Samer Salman Abed, Bağdad Ticarət Palatasının üzvü Alaa A. Noor, 10-a yaxın iş adamı və şirkət rəhbəri STP Şirkətlər Qrupunu ziyarət ediblər. Konfrans zalında şirkətin tanıtım təqdimatı keçirilib.
Daha sonra, "STP Global Cable" şirkətinin istehsal sahələri ilə bağlı qonaqları maraqlandıran suallar əsasında diskussiyalar aparılıb.