G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Baku Steel Company” QSC (BSC) Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də ətraf ərazilərdə yaşayan iş axtaranları vakansiyalar üzrə müraciət etməyə dəvət edir.
Sumqayit24.az xəbər verir ki, 19-20 sentyabr tarixlərində saat 10:00-15:00 arasında keçiriləcək “Karyera Günləri” şirkətin Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən "Azərboru" zavodunun inzibati binasında baş tutacaq.
Vakansiyalar:
- Növbə briqadiri;
- İsti boru yayıcısı;
- Poladəridən;
- İdarəetmə postunun operatoru;
- Əl ilə qəlibləmədə qəlibçi ;
- Hidravlik-çilingər;
- Frezerçi-karuselçi;
- Təmirçi-çilingər;
- Əl ilə qəlibləmədə milçi;
- Qazla kəsici;
- Modelçi;
- Tornaçı;
- Baş elektrik;
- Doğrayıcı;
- Paketləyici;
- Orta tibb işçisi;
- Ekskavator operatoru;
- Körpülü kran maşinisti;
- Tır sürücüsü.
- Avtomatika və NÖC üzrə:
- Mühəndis;
- Usta;
- Elektrik-çilingər.