Sumqayıtda əmək yarmarkası keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Tədbir noyabrın 27-də saat 10:00–13:00 arasında Abşeron-Xızı Regional Məşğulluq filialında baş tutacaq. Yarmarkada qablaşdırıcı, xəmiryoğuran, xadimə və fəhlə fəaliyyət sahələri üzrə 16 vakansiya təqdim olunacaq.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq. Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Ünvan: Z.Hacıyev küçəsi 64.